Həyətinin yanında dəfinə tapdı: 1,98 milyon alacaq - FOTO

Həyətinin yanında dəfinə tapdı: 1,98 milyon alacaq - FOTO
11:42 13 May 2017
Ölkə mətbuatı
A- A+

Derek MakLennan Britaniyada vikinqlər dönəminə aid ən qiymətli, ən böyük xəzinəni tapıb.

Milli.Az The Sun-a istinadən bildirir ki, Britaniya Tarix Muzeyi dəfinəni satın almağa qərar verib. Bu məqsədlə MakLennana 1,08 milyon funt-sterlinq ödənəcək.

Qərbi Şotlandiyada yaşayan Derekin dediyinə görə, metal detektoru alandan sonra onu sınamaq qərarına gəlib.

"Fermanın kənarındakı təpəliyə yollanıb yeni aldığım metal detektorunu yoxlamaq qərarına gəldim. Detekoru torpağa yaxınlaşdıranda səs eşitdim. Bir az qalxdım və küp gördüm. Sonrası isə məlumdur: küpdə dəfinə vardı", - MakLennan deyib.

Derekin tapdığı dəfinə 100 əşyadan ibarətdir. Həmin artefaktlar indi Şotlandiyanın Milli Muzeyindədir. Lakin əşyaların eksponat qismində nümayiş olunması üçün Derek MakLennanın icazəsi gərəkdir. Üstəlik, Derekə 1,98 milyon funt-sterlinq ödənməlidir.

Muzey ödənişi reallaşdırmaq üçün pul toplamağa başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/544307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR