Bakının bu əsas yolu BAĞLANDI

Bakının bu əsas yolu BAĞLANDI
11:52 13 May 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Zığ-Hava Limanı avtomagistralında yol-cizgi xətlərinin rəngələnməsi ilə əlaqədar Hava lımanından Zığ dairəsi istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkət tam məhdudlaşdırılıb.

Milli.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, avtomagistralın Zığ dairəsindən Hava limanı istiqamətində olan hissəsində 1-ci zolaqda hərəkət məhdudlaşdırılıb, 2-ci zolaqda isə surət həddi 60 km/saata endirilib. Bununla yanaşı hazırda avtomagistralın Zığ dairəsindən Hava limanı istiqamətində açıq olan hərəkət zolaqları ikitərəfli yol kimi istifadə edilməkdədir.
 
Sürücülərə avtomagistraldan istifadə edərkən mövcud dəyişikliyi nəzərə almaları və müəyyən olunmuş surət həddinə əməl etmələri tövsiyə olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/544362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR