Türkiyəli gimnastlar: İslam Həmrəyliyi Oyunları bizim üçün çox əhəmiyyətlidir

Türkiyəli gimnastlar: İslam Həmrəyliyi Oyunları bizim üçün çox əhəmiyyətlidir
12:01 13 May 2017
145 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları bizim üçün çox vacibdir.

Bunu Trend-ə Türkiyəni IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən gimnastlar Qoksu Uçtaş Şanlı, Demet Mutlu və Ekin Morova deyiblər.

Gimnastlar bildiriblər ki, bu, çox maraqlı formatdır: "Tükiyə islam dünyasında idmanda liderlərdən biridir, ona görə bu oyunlar öz liderliyimizi göstərməkdə bizim üçün çox əhəmiyyətlidir".

Onlar deyiblər ki, yarışlardakı çıxışlarından razı qalıblar.

Gimnaslar həmçinin qeyd ediblər ki, Türkiyədə bu oyunları çox böyük maraq və həyəcanla izləyirlər: "Türkiyənin dövlət telekanalı TRT IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşıdır və bütün yarışları yayımlayır".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2753460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR