İnək sidiyi ilə şəkərli diabeti müalicə edirlər

Texnologiya ilə birlikdə tibb dünyasında hər gün yeni kəşflər, ixtiralar edilsə də, insanlar hələ ənənəvi üsullarda çarə axtarır.

Metbuat.az dünyanın ən qeyri-adi müalicə üsullarını təqdim edir:

İnək sidiyi

Hindular bakirə inəyin sidiyini içməyin bütün xəstəlikləri müalicə etdiyini idda edirlər. Jairam Singhal adlı 42 yaşındakı hindu diabet xəstəsi olduğunu və inək idrarı içməyə başladığı gündən səhhətinin yaxşılaşdığını iddia edib.

Arı iynəsi

Arı iynəsindəki zəhərin revmatizma ağrılarına faydalı olduğu deyilir.

Toxunaraq əməliyyat etmək

Əməliyyat deyəndə mütləq hər hansı hissənin kəsilməsi nəzərdə tutulmur. Brazilya və Flippin kimi ölkələrdə toxunaraq əməliyyat edilir.

İlan masajı

Nə qədər qəribə səslənsə də, zəhərsiz ilandan terapiya məqsədilə istifadə olunur. Onun bədəni rahatlaşdırdığı iddia edilir.

İnci tozu

Çin xalq təbabətində parçalanan incilər toz və ya krem halına gətirilib, kosmetik vasitə kimi dəri xəstəliklərinin müalicəsində istifadə edilir. Həkimlər bu müalicə metodunun yaşlanmağın önünə keçdiyini və ömrü uzatdığını iddia edirlər.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR