Bakı-2017: Karateçimiz Rafael Ağayev 1/4 finalda

Bakı-2017: Karateçimiz Rafael Ağayev 1/4 finalda
12:12 13 May 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ən titullu karateçisi Rafael Ağayev IV İslam Həmrəyliyi Oyunlarında 1/4 finala yüksəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 1/8 finalda (75 kq) türkiyəli idmançı Erman Eltemurla qarşılaşan karateçimiz rəqibinə aman verməyib - 3:0.

75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız rəqibi 1/4 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Sultan əl-Zəhrani ilə üz-üzə gələcək.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR