Bakı Ali Neft Məktəbinin alimlərinin məqaləsi beynəlxalq elmi jurnalda

Bakı Ali Neft Məktəbinin alimlərinin məqaləsi beynəlxalq elmi jurnalda
12:27 13 May 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbinin (BANM) prorektoru Oktay Rzayevin və "Neft-qaz mühəndisliyi" kafedrasının müəllimi Rauf Nadirovun həmmüəllif olduqları "Ermənistanın aktiv tektonik zonasında yerləşən Metsamor atom elektrik stansiyası - Qafqazın potensial Fukusimasıdır"adlı məqaləsi "Yer Elmləri və Ətraf Mühitin Mühafizəsi" adlı yüksək reytinqli elmi-resenziyalı jurnalda dərc olundu. ("Journal of Geoscience and Environmental Protection"(2017,cild 5, No 4, s. 46-55))

Milli.Az xəbər verir ki, məqalədə Ermənistanın Metsamor atom elektrik stansiyasının (MAES) yerləşdiyi aktiv tektonik zonanın mürəkkəb geoloji quruluşu təsvir olunub. Cənubi Qafqazın bu regionu yüksək vulkanik aktivlik, tektonik gərginlik və yüksək seysmik tektonik blokların toqquşan sərhədləri boyunca aktiv hərəkətliliyi ilə xarakterizə olunur. Bu stansiya, demək olar ki, aktiv tektonik yarığın üzərindədir.

Stansiyada tikinti işlərinə başlananda seysmik risklər olduqca aşağı salınmışdı. Bunu 25 min nəfərdən artıq ölümə səbəb olmuş Spitak zəlzələsinin dağıntıları faktları ilə təsdiqləmişdir. Məqalədə MAES yerləşdiyi ərazidə zəlzələlərin intensivliyi, onların fokal mexanizmi və aktiv tektonik yarıqlarda hərəkət risklərini göstərən analizlər əks etdirilmişdir.

Ermənistan, Rusiya və Avropa tədqiqatçılarının MAES ərazisində apardıqları araşdırmalarda seysmik təhlükələr və risklər öyrənilib və cəmləşdirilərək belə nəticəyə gəlmək olur ki, Metsamor AES işini təmamilə dayandırmaq, stansiyanın özünü isə bağlamaq lazımdır.

Məqalənin tam mətninə aşağıdakı linklərdən daxil olmaq mümkündür:

Jurnalın veb səhifəsi: http://www.scirp.org/journal/gep

BANM elektron arxivi: http://dspace.bhos.edu.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/educations/544350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR