Sürücülər, DİQQƏT!

Zığ - hava limanı avtomagistralında yol cizgi xətlərinin rənglənməsi ilə əlaqədar Hava limanından Zığ dairəsi istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Bu barədə Metbuat.az-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, avtomagistralın Zığ dairəsindən Hava limanı istiqamətində olan hissəsində 1-ci zolaqda hərəkət məhdudlaşdırılıb, 2-ci zolaqda isə surət həddi saatda 60 kilometrə endirilib. Bununla yanaşı hazırda avtomagistralın Zığ dairəsindən Hava limanı istiqamətində açıq olan hərəkət zolaqları ikitərəfli yol kimi istifadə edilməkdədir.

M.Ağayev qeyd edib ki, sürücülər avtomagistraldan istifadə edərkən mövcud dəyişikliyi nəzərə alıb və müəyyən olunmuş surət həddinə əməl etməlidirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR