"Adana kababı" evdə hazırlamaq...

Türk mətbəxinin Adana bölgəsinə məxsus “Adana kababı” evinizdə hazırlamaq istəyirsiniz?

Metbuat.az “Adana kababı”nın hazırlanma qaydasını təqdim edir:

Lazım olan məhsullar:

1 kq qoyun əti

150 qr. quyruq yağı

Acı istiot, duz

1 qab su

Şiş

Hazırlanmasına gəldikdə, məhsullar yoğrulur. Daha sonra əlləri isladıb əti taxta şişlərə keçirin. Soba sinisinə yağlı kağız qoyduqdan sonra şişlər düzülür. 200 dərəcədə çevrilərək bişirilir.

Qeyd edək ki, bu kababı digər kabab növlərindən fərqləndirən xüsusiyyət ətidir. Ətlər mütləq kişi qoyundan əldə edilməlidir. Adana kababı sumaqlı soğan salatı, göyərti və salat, közlənmiş tərəvəzlərlə servis edirlər.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR