Azərbaycan yenə medalın astanasında - Daha bir cüdoçu FİNALDA

Azərbaycan yenə medalın astanasında - Daha bir cüdoçu FİNALDA
12:43 13 May 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda Azərbaycanın qadın cüdoçusu Xanım Hüseynova 63 kq çəki dərəcəsində finala vəsiqə əldə edib.

Trend-in məlumatına görə, yarımfinalda cüdoçumuz tunisli idmançı Məryəm Bjaoui ilə görüşdən qalib ayrılıb.

Təmsilçimiz Busra Katipoglu (Türkiyə) - Amina Belkadi (Əlcəzair) cütünün qalibi ilə finalda qarşılaşacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2753497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR