Atatürkə iftira atanlar cəzalandırıldı

Türkiyənin "TV Net" kanalında yayımlanan “Dərin tarix” proqramında Atatürkə iftira atan Süleyman Yeşilyurt həbs olunub.

Metbuat az xəbər verir ki, Yeşilyurt "Atatürkün xatirəsinə iftira və xalqı düşmənçiliyə sürükləmə" maddəsi ilə saxlanılıb.

Qeyd edək ki, Yeşilyurt 6 mayda efirə gedən “Dərin tarix” proqramında Mustafa Kamal Atatürkə qarşı təhqiramiz ifadələr işlədib. Proqramda iştirak edən Süleyman Yeşilyurt, Afet İnanın Atatürkün mənəvi qızı yox, sevgilisi olduğunu deyib:

“Düz danışmaq lazımdır. Mustafa Kamal İzmirdə Afet İnanı görərək, aşiq olub və elçiliyə gedib. O, liderin mənəvi qızı yox, sevgilisi olub”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR