"Bizimkilər də işləyə bilirmiş" - Nürəddin Mehdixanlı açılışdan danışdı - FOTO

"Bizimkilər də işləyə bilirmiş" - Nürəddin Mehdixanlı açılışdan danışdı - FOTO
12:57 13 May 2017
133 Ölkə
Ölkə mətbuatı
A- A+

"Mənim bu layihəyə cəlb olunmağım 4 ay əvvəl olub. Ssenari, görəcəyim işlə tanış oldum. Dəfələrlə görüşdük və aprel-may ayında məşqlərimiz başladı". 

Milli.Az bildirir ki, bu sözləri "qafqazinfo"ya açıqlamasında xalq artisti Nürəddin Mehdixanlı deyib. 

Aktyor IV İslam Həmrəyliyi oyunlarının açılışındakı obrazına necə hazırlaşmasından danışıb:

"Mənim üçün çox sevindiri bir hal oldu. Bizimkilər də işləyə bilirmiş. O qədər insanların həmrəy olub dəqiq saat kimi çalışmaları sevinc doğurur.  Mənə çox rahat oldu, nə istədiklərini bilirdilər. Açıq deyim ki, mənim üçün böyük bir iş idi. Bizim Gimnastika Federasiyasının uşaqları ilə işləmək rahat idi. Çox istedadlı gənclərimiz var. 

Mən orada bir nəfəri görmədim ki, işinin öhdəsindən gəlməsin, başqasına səsini yüksəltsin. Hamı sevinə-sevinə, ürəkdən işini görürdü. Könüllülər ürəklərini qoyurdular. Hər zaman yadımda qalacaq. Orada çox şeyin şahidi oldum. Tədbirdən sonra bir-birinin dilini bilməyən insanların sarılması, ağlaması yadımda qaldı. Ağlayan kim, kövrələn kim... Gözəl bir tədbir idi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR