Türkiyədə həyat iflic oldu (VİDEO)

Türkiyədə həyat iflic oldu (VİDEO)
22:56 7 Yanvar 2015
125 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə şaxtalı və qarlı hava şəraitinin əsarətindən çıxa bilməyib. Məktəb və bağçalar, bəzi idarələr hələ də bağlıdır. Nəqliyyatın hərəkəti və aviareyslərin bərpası da mümkün olmayıb.

ANS TV-nin Türkiyə bürosunun məlumatına görə, qar yağışı artıq Türkiyənin bir çox şəhərlərinidə, xüsusilə Ankarada və İstanbulda davam edir. Qarın qalınlığı İstanbulun bəzi nöqtələrində 15-25 sm. arasında dəyişir.

Güclü qar və şaxtalı hava İstanbulluları çox çətin vəziyyətə salıb. İstanbulda 1300-dən çox qar təmizləyən maşın 2500-dən çox bələdiyyə işçisi magistral yollarda gücləndirilmiş iş rejiminə keçib. Lakin yollardakı vəziyyət bunun yetersiz olduğunu göstərir. Bütün magistral yolları buz bağlayıb. Sürücülər çıxılmaz vəziyyətə düşüb.

Üç gündür İstanbulda davam edən sərt soyuqlar və güclü qar yağışı nəqliyyatın gediş-gəlişinə mane olur.

Hava şəraitinə görə rəsmi qurumların qərarı ilə iki gün əvvəl bağlanan uşaq bagçaları, məktəblər və bəzi iş yerləri də hələ ki, fəaliyyətini bərpa etməyib.

Amma küçələrdə qarın yağmasına sevinən və kifayət qədər əylənən insanlara da rast gəlmək olur.

Hava şəraitilə əlaqədar İstanbulda aviakompaniyalar təyyarə reyslerini təxirə salıb. Ümumilikdə son üç gündə 100-dən çox uçuş tamamilə dayandırılıb.

İstanbul və Ankara hava limanlarından büromuza verilən məlumatda isə bildirilir ki, Azərbaycana edilən səfərlər də 4-7 saatlıq ləngimələr olsa da, heç bir reys təxirə salınmayıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318300

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR