"Qarabağ"-dan növbəti

“Qarabağ” futbol klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

Metbuat.az kuluba istinadla xəbər veri ki, klub rəhbərliyi Qara Qarayevin ardından daha bir futbolçu ilə müqaviləni yeniləyib.

Müqaviləyə əsasən yarımmüdafiəçi Əfran İsmayılov daha bir il “Qarabağ”ın şərəfini qoruyacaq.

Futbolçu özü də bu barədə açıqlama verərək bildirib ki, “Qarabağ” mənə doğma komandadır. Mənim üçün sevindirici haldır ki, daha bir il bu komandanın formasını geyinəcəyəm. Çalışacağam ki, öz oyunumla komandama xeyir verim və uğurlarımın üstünə uğur gətirim. Əsas məqsədimiz növbəti mövsüm daha yaxşı çıxış edib azarkeşlərimizi sevindirməkdir.

Sərdar Məmmədov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR