Osloda görüşdülər: Şimali Koreyadan İLK ADDIM

Osloda görüşdülər: Şimali Koreyadan İLK ADDIM
13:13 13 May 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyinin ABŞ üzrə departamentin başçısı Çxve Con Xi Amerika eksperti ilə görüşünü təsdiqləyib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, diplomat amerikalı mütəxəssisTomas Pikerinqlə görüşdüyünü deyib.

Məlumatına görə, diplomat Tomas Pikerinq Süzanna Di Madjionun rəhbərliyi altında Amerika ekspertləri qrupuna daxildir. Nyu-Yorkda Amerika Akademiyasının nəzdində qeyri-kommersiya tədqiqat təşkilatının direktoru və İran üzrə mütəxəssis olan Tomas Pikerinq Osloda Şimali Koreya nümayəndə heyəti ilə görüşürdü).

Vaşinqtonla danışıqların aparılması imkanına gəlincə, Çxve Con Xi “uyğun şərtlərdə” ABŞ-la ikitərəfli əlaqələrin yaradılması imkanlarını istisna etməyib.

Daha əvvəl diplomatik mənbələrə istinadən Yaponiyanın “Kiodo” agentliyi informasiya yayıb ki, Vaşinqton prezident Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazır olduğunu çatdırıb. Amma bunün üçün Pxenyan öz nüvə proqramından imtina etməldir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR