Prosineçkinin meneceri danışdı: "Bursaspor"a gedir?

Prosineçkinin meneceri danışdı:   "Bursaspor"a gedir?
13:17 13 May 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Robert Prosineçkinin meneceri Yaşar Çalışır açıqlama verib. Fanat.Az xəbər verir ki, menecer borsa.com-a açıqlamasında xorvat mütəxəssisin "Bursaspor"la anlaşması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:


"Prosineçkinin dekabrın 4-dək AFFA ilə müqaviləsi var. Hazırda "Bursaspor"la heç bir anlaşma yoxdu. Bu məlumatın necə yayıldığını bilmirəm. Robert hazırda Bakıda işinin başındadı".


Qeyd edək ki, "NTV Spor"da yayımlanan "Kırmızı Çizgi" proqramının şərhçisi Mehmet Ayan Prosineçkinin "Bursaspor"la anlaşdığını və ildə 1,1 milyon avro maaş alacağını bildirib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prosineckinin-meneceri-dand-t58052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR