"Kimə 50 milyon versələr, anadangəlmə çılpaq çəkilər" - Günel - VİDEO - FOTO

"Kimə 50 milyon versələr, anadangəlmə çılpaq çəkilər" - Günel - VİDEO - FOTO
13:17 13 May 2017
220 Şou
Ölkə mətbuatı
A- A+

"Mənim elə də çılpaq şəkilim yoxdur, 2-3 dənədir"

Milli.Az bildirir ki, ARB TV-nin "Gəlin Danışaq" proqramının növbəti qonağı müğənni Günel Ələkbərova olub.

Maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi, ilk olaraq açıq-saçıq şəkillərindən söz açıb:

"Bəli. Mənim başqa səhvim yoxdur, Allaha şükür olsun. Yəni olur da. Əvvəllər bir az tam başqa idi. Düzdür, bəziləri kimi mənim elə də çılpaq şəkilim yoxdur. Cəmi 2-3 dənə. Əslində açıq-saçıq deyil. İndi şəhərdə gəzirsən, maşallah, hamı çılpaq gəzir. Amma əslində fikirləşirəm ki, olmayaydı. Tək o deyil. Keçmişdə elə bir addımlar atmışam ki, bugünkü gündə "kaş ki"lərim çoxdur. Düşünürəm ki, kaş, mən anama qulaq asardım, dinləsəydim, bəlkə fərqli olardı".

Müğənni daha sonra "50 milyon versələr soyunaram" başlığı altında verdiyi müsahibəyə açıqlama gətirib:

"Bu, çoxdan olmuş müsahibədir. Əslində mən bu cür müsahibə verməmişəm. Sadəcə neçə illər öncə mənə belə bir sual veriblər ki, "50 milyon". Mən deməmişəm bunu edərəm. Demişəm ki, kimə 50 milyon versələr, anadangəlmə çılpaq çəkilər. Real da. Götür 50 milyonu, get Mayamidə ev al, kef elə, yaşa".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/544390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR