Tanınmış iş adamı iki gözəllə tutuldu - FOTO

Tanınmış iş adamı iki gözəllə tutuldu - FOTO
13:32 13 May 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Nazlı Çelik ilə 6 aylıq evliliklərinə ötən il son qoyan iş adamı Serdar Bilgili keçən axşam iki gözəllə yemək restoranlardan birində görüntülənib.

Boğaz mənzərəsində raki-balıq yeyib-içən Serdar Bilgili və iki gözəl 4 saat həmin məkandan ayrılmayıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, jurnalistlərin onları çəkdiklərindən xəbərsiz olduqları üçün söhbətlərinə şirin-şirin davam edən Bilgili və xanım tanışları gecə 01: 30-da məkandan çıxıblar. Lüks avtomobilini restoranın qapısına gətirdən və müxbirlərin onları çəkdiyindən xəbərsiz olan iş adamı bir anda fotokameraların "işə düşməsi ilə" içəri qayıdıb.

İş adamının yemək yediyi qumral və sarışın gözəllər bir anda özlərini avtomobilin içinə atıblar. Sarışın qadın avtomobilin içində əlləri ilə üzünü gizlətsə də, qumral qız rahat rəftarı ilə diqqət çəkib.

Təxminən 10 dəqiqə ərzində avtomobilin içində Serdar Bilgilini gözləyən qızlar telefon ilə danışaraq iş adamına aid avtomobillə məkandan ayrılıblar.

Məkanın içində jurnalistlərin getməsini gözləyən Bilgili daha çox görüntülənməmək üçün səlahiyyətlilərdən xahiş etsə də istəyinə çata bilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/544356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR