Mübariz Mənsimov: “Beşiktaş”a sponsor olmaq istəyərəm"

Mübariz Mənsimov: “Beşiktaş”a sponsor olmaq istəyərəm"
13:37 13 May 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Mübariz Mənsimov Türkiyə mətbuatına müsahibə verib. Fanat.Az xəbər verir ki, "Palmali" Şirkətlər Qrupunun sahibi futbolla bağlı da danışıb.


İş adamı "Futbol maraq dairənizdədi. Bəzi futbol klubları ilə sponsorluq barədə görüşlər keçirdiyiniz dyilir. Belə bir düşüncəniz varmı" sualına belə cavab verib: 


"Türkiyəyə gəldiyim gündən bəri “Beşiktaş” klubunun tərəfdarıyam. Heç vaxt tərk etmədim, etmərəm də. Sevdalıyam. “Beşiktaş” türk komandasıdır. Bizim rəngimiz ağ-qaradı. Klub prezidenti Fikret Orman çox uğurludur. Dünyanın ən gözəl stadionunu tikdirib. Bu il inşallah çempion bizik. Bəzi komandalara kömək etdik, amma bunları dilə gətirmək düzgün deyil. Yaxşılığı şouya çevirmək olmaz. Sponsor olmaq qərarını versək, təbii ki, “Beşiktaş”a sponsor olmaq istəyərəm".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mubariz-mnsimov-beiktaa-sponsor-olmaq-istyrmquot-t58053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR