Aeroport-Zığ dairəsi yolunda nəqliyyatın hərəkəti bərpa olunub

Aeroport-Zığ dairəsi yolunda nəqliyyatın hərəkəti bərpa olunub
13:42 13 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ Bu gün səhər saatlarında yol-cizgi xətlərinin rənglənməsi ilə əlaqədar Bakıda Zığ-Hava limanı avtomagistralında tam bağlanan yolda hərəkət yenidən bərpa edilib.
Bunu "Report"a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
"Avtomagistralın Zığ dairəsindən hava limanı istiqamətində olan hissəsində 1-ci zolaqda məhdudlaşdırılmış hərəkət, 2-ci zolaqda isə sürət həddi bərpa edilib", - deyə M.Ağayev əlavə edib.
Xatırladaq ki, bu gün səhər Zığ-Hava limanı avtomagistralında yol-cizgi xətlərinin rənglənməsi ilə əlaqədar Hava Limanından Zığ dairəsi istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılmışdır.
Avtomagistralın Zığ dairəsindən aeroport istiqamətində olan hissəsində 1-ci zolaqda hərəkət məhdudlaşdırılmış, 2-ci zolaqda isə surət həddi 60 km/saata endirilmişdir. Bununla yanaşı, avtomagistralın Zığ dairəsindən hava limanı istiqamətində açıq olan hərəkət zolaqları ikitərəfli yol kimi istifadə edilirdi.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/aeroport-zig-dairesi-yolunda-neqliyyatin-hereketi-berpa-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR