"İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalı qazana bilərəm"

"İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalı qazana bilərəm"
13:47 13 May 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

"Əgər sabah qələbə qazansam, bu, İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalım olacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə azərbaycanlı karateçi Ayxan Mamayev deyib.

A.Mamayev 2013-cü ildə İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib olduğunu xatırladıb.

Əsas rəqiblərə gəlincə, karateçimiz bildirib ki, hər bir idmançı sabah öz döyüşü ilə təəccübləndirə bilər: "Bununla belə, fikrimcə, iranlı, misirli və türk idmançılar çox güclüdürlər. Xoşbəxtlikdən onlar ayrı qrupa düşüblər və işim asanlaşıb".

A.Mamayev qeyd edib ki, sabah əlcəzairli idmançı ilə qarşılaşa bilər:

"Ötən görüşün revanşını almaq üçün onunla döyüşmək istərdim".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR