Bakı-2017: İdman gimnastikası yığmamız ikinci yerdə gedir

Bakı-2017: İdman gimnastikası yığmamız ikinci yerdə gedir
13:47 13 May 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın Murad Ağarzayev, Bense Talas və Timur Bayramovdan ibarət idman gimnastikası yığması birinci günün yekunu üzrə komanda hesabında ikinci yerdə gedir.

Milli.Az Trend-ə istinadən bildirir ki, iki hərəkətlərin yekunu üzrə komandamız 80.850 bal toplayıb. Birinci yerdə Türkiyə (82.500 bal), üçüncü yerdə isə İran yığması (75.800) gedir.

Komanda yarışlarında medal dəsti sabah 6 hərəkətin yekunundan sonra sahiblərini tapacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544408.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR