Rafael Ağayev: Finalda tamaşaçıları maraqlı döyüş gözləyir

Rafael Ağayev: Finalda tamaşaçıları maraqlı döyüş gözləyir
13:50 13 May 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının karate yarışının finalında tamaşaçıları maraqlı və baxımlı döyüş gözləyir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə finala yüksələn karateçimiz Rafael Ağayev deyib.

5 qat dünya çempionumuz finalda pakistanlı idmançı ilə qarşılaşacağını bildirib:

"Düşünürəm ki, maraqlı və baxımlı görüş olacaq. Sona qədər gedib qələbə qazanmağa çalışacağam".

R.Ağayev qeyd edib ki, ikinci görüşündə Səudiyyə Ərəbistanı təmsilçisi ilə döyüşərkən müəyyən problemlərlə qarşılaşıb:

"O, yeni idmançıdır və mən onun maneralarını yaxşı bilmirdim. Buna görə də düzgün taktika seçməkdə çətinlik çəkirdim, lakin sonda özümü toparladım və 7:2 hesablı qələbə qazandım".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2753558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR