Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazandı

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazandı
14:01 13 May 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan ilk medalını qazanıb.

Trend-in məlumatına görə, kişilərin 25 metr məsafədən tapança ilə mərkəzə atəş açmaq yarışında təmsilçimiz Ruslan Lunyov hamıdan üstün olub.

Kişilərin 10 metr pnevmatik tüfənglə atıcılıq yarışının qalibi isə türkiyəli Ömər Akgün qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2753569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR