Bakı-2017: Ağır atletimiz 6-cı oldu

Bakı-2017: Ağır atletimiz 6-cı oldu
14:08 13 May 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda keçirilən IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib.

Trend-in məlumatına görə, ilk yarış günündə mübarizəyə çəkisi 56 kq olan kişilər başlayıblar. Bu çəkidə Azərbaycanı Elmar Alıyev təmsil edib.

Atletimiz birdən qaldırma hərəkətini 103 kq-ı ram etməklə başa vurub.

E.Alıyev zədəsi üzündən təkanla qaldırma hərəkətində isə yalnız 130 kq-ı qaldırmaqla kifayətlənib.

Toplam 233 kq (103+130) nəticə göstərən Elmar bu çəki dərəcəsində 6-cı yeri tutub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2753580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR