Boksçusunun rəqibi bilindi

Boksçusunun rəqibi bilindi
14:08 13 May 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin daha bir boksçusunun rəqibi dəqiqləşib.

Publika.az xəbər verir ki, 49 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Rüfət Hüseynov 1/4 finalda Omid Əhmadisafa (İran) ilə üz-üzə gələcək. Yeniyetmələrin Olimpiya Oyunlarının qalibinin rəqibinin adına bu gün keçirilən 1/8 final döyüşündən sonra aydınlıq gəlib. Tolqahan Öztürkü (Türkiyə) mübarizədən kənarlaşdıran iranlı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib. R.Hüseynovun O.Əhmadisafa ilə görüşü mayın 15-də olacaq.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/198640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR