"Səhnədə çox həyəcanlı idi" - Bir günə məşhur olan Minanın anası - FOTO

"Səhnədə çox həyəcanlı idi" - Bir günə məşhur olan Minanın anası - FOTO
14:12 13 May 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

"Qızımı səhnədə görəndə çox sevindim. Onunla qürur duydum. Bundan gözəl nə ola bilər ki?"

Milli.Az xəbər verir ki, bunu azvision.az-a İslam Oyunlarının açılış mərasimində Mina obrazını canlandıran azyaşlı Eleonoranın anası Heyran Əmiraslanova deyib.

O bildirib ki, açılış mərasimi zamanı qızını səhnədə görmək onun üçün qürurvericidir: "Qızım çox sevinirdi. O, eyni zamanda çox həyəcanlı idi. Açılış mərasimi bitəndən sonra çox həyəcanlı olduğunu dedi. Bu, tək həyəcandan ibarət hisslər deyildi, həddindən artıq sevinc yaşayırdı. Qızım üzərinə düşən işi böyük məsuliyyətlə yerinə yetirdi. Mən onu bu mərasimə hazırlayan Leyla, Səbinə xanıma, Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edirəm"

Qeyd edək ki, Mina obrazı tamaşaçıların rəğbətini qazanıb. Sosial şəbəkələrdə Mina ilə bağlı maraqlı müzakirələr aparılır. Milyonlarla insanın izlədiyi açılış mərasimində Mina obrazını canlandıran Eleonora Yusifova bədii gimnastika üzrə Azərbaycanın milli komandasında məşq edir. O, 6-cı sinif şagirdidir. Anası Heyran Əmiraslanova ixtisasca jurnalistdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/544413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR