Bakı-2017: Boksçumuz 1/4 finala çıxdı

Bakı-2017: Boksçumuz 1/4 finala çıxdı
14:22 13 May 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında boks yarışı davam edir.

Trend-in məlumatına görə, 75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Kamran Şahsuvarlı 1/8 final mərhələsində Qayana idmançısı Desmond Amsterdamla qarşılaşıb.

Boksçumuz 5:0 hesabı ilə inamlı qələbə qazanaraq 1/4 final mərhələsinə vəsiqə əldə edib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2753585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR