Boksçumuz 1/4 finalda

Boksçumuz 1/4 finalda
14:29 13 May 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan millisinin daha bir boksçusu IV İslam Həmrəyliyi Oyunlarında mübarizəyə qoşulub. 75 kq çəki dərəcəsində rinqə çıxan Kamran Şahsuvarlı yarışa 1/8 finaldan başlayıb.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, o, ilk döyüşündə Qayana boksçusu Desmond Amsterdamla qarşılaşıb. Rio-2016-nın bürünc medalçısı rəqibini 5:0 hesabı ilə məğlub edərək, mərhələ adlayıb.

K.Şahsuvarlı 1/4 finalda türkiyəli İhsan Ərdoğanla qarşılaşacaq. Görüş mayın 16-da baş tutacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2753598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR