"Azərbaycan daha irimiqyaslı yarışları təşkil etməyə qadirdir"

"Azərbaycan daha irimiqyaslı yarışları təşkil etməyə qadirdir"
14:32 13 May 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycan daha irimiqyaslı idman yarışları təşkil etməyə qadirdir".

Milli.Az bildirir ki, bunu Trend-ə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Olimpiya Komitəsinin katibi Davud əl-Haciri deyib.

Onun sözlərinə görə, Azərbaycandakı idman arenaları möhtəşəmdir:

"Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi çox gözəl, valehedici oldu. Əminəm ki, əksər ölkələr Azərbaycanla idman sahəsində əməkdaşlıq edəcəklər".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR