Qriqorçuk 5-nə imzalatdırdı - bəs Ozobiç?

Qriqorçuk 5-nə imzalatdırdı  - bəs Ozobiç?
14:47 13 May 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ” təkliflərə rəğmən xorvat yarımmüdafiəçi Filip Ozobiçi heyətdə saxlayacaq. Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar” sözləşməsi qüvvədə qalan Baqali Dabonu da heç yerə buraxmaq niyyətində deyil.


Qapıçı Dmitri Bezotosnı, ukraynalı müdafiəçi Vitali Vernidubla yanaşı, Elvin Camalov, Asif Məmmədov və Cavid Heseynovun timsalında yerlilərlə də yeni müqavilələr imzalanıb.


Hazırda vətənində olan gürcü Nika Kvekveskiriyə gəlincə, o, bölgə təmsilçisində aldığı məvacibin artırılmasını istəyir. “Neftçi”dən (Elxan Abdullayevin təkzib etsə də, informasiya dəqiqdi) və Qazaxıstandan daha sərfəli təkliflər alan Kvekveskiri digər variantlar həyata keçməyəcəyi halda, “Qəbələ”yə dönəcək.

 


Fanat.Az

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qriqorcuk-5-n-imzalatdrd-t58057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR