Mübariz Qurbanlı Qazaxıstanın vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini ilə görüşüb

Mübariz Qurbanlı Qazaxıstanın vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini ilə görüşüb
14:47 13 May 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 13-də Qazaxıstanın vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini Arın Berik Saqbayulla görüşüb. 
Bu barədə "Report"a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
İki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən M.Qurbanlı Azərbaycanda dinindən, məzhəbindən, etnik mənsubiyyətindən asılı olmayaraq insanların sabitlik, tolerantlıq və multikulturalizm şəraitində yaşamalarına diqqət çəkərək, bunu ölkənin ən böyük nailiyyətlərindən biri olduğunu vurğulayıb.
Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanda mədəniyyətlərarsı dialoq, tolerantlıq və multikulturalizm dövlət siyasətinin prioritet sahələridir və ölkə bu istiqamətdə artıq uzun illərdir bir sıra qlobal forumlara ev sahibliyi edir. Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini xatırladan M.Qurbanlı Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının mayın 12-də möhtəşəm açılış mərasiminin baş tutduğunu diqqətə çatdırıb.
Arın Berik Saqbayul iki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini bildirib. O qeyd edib ki, təmsil etdiyi nazirlik Azərbaycanın dini konfessiyaları, icmaları, eləcə də Azərbaycan dövlətinin din siyasətinin, dini radikalizmlə və ekstremizmlə mübarizə sahəsində təcrübəsinin dərindən öyrənilməsində maraqlıdır. Qonaq Qazaxıstanda bu sahədə aparılan işlər barədə məlumat verib.
Görüş zamanı dini və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib, hər iki ölkənin dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinə ehtiyac olduğu qeyd olunub.




Xəbərin orijinal ünvanı: https://report.az/din/mubariz-qurbanli-qazaxistanin-vetendas-cemiyyeti-ve-dini-isler-nazirinin-muavini-ile-gorusub13

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR