Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı keçiriləcək

Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı keçiriləcək
14:52 13 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ Heydər Əliyev Sarayında iyunun 3-də görkəmli bəstəkar, xalq artisti Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı keçiriləcək.
Bu barədə "Report"a sarayın mətbuat xidmətindən məlumat verilib.
Konsertdə xalq artistləri Yalçın Rzazadə, Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, Ənvər Sadıqov, İlham Namiq Kamal, əməkdar artistlər Anar Şuşalı, Zakir Əliyev, Teymur Əmrah, Lalə Məmmədova, Almaz Ələsgərova, İnarə Babayeva, müğənnilər Nadir Qafarzadə, Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Rəşad İlyasov, Səbinə Ərəbli, Taleh Yəhyayev, Emiliya Yaqubova, Zabitə Alıyeva, Nigar Şabanova, Nurlan Əzizbəyli, Ayşən Mehdiyeva, “Sevil” qrupu və başqaları iştirak edəcəklər.
Gecədə bəstəkarın “Bakı sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Payız gəldi”, “Bu gecə”, “Şükriyyə”, “Alagözlüm”, “Çiçək yağışı”, “Ayrılma məndən”, “Qəlbimdə qaldın”, “Əlvida”, “Dərələr” və s. sevilən mahnıları səsləndiriləcək.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 20-60 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və "ASAN xidmət" mərkəzlərindən əldə etmək mümkündür.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/emin-sabitoglunun-mahnilarindan-ibaret-konsert-proqrami-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR