IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş fleşmob - VİDEO

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş fleşmob - VİDEO
15:05 13 May 2017
42 İdman
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Park ərazisində IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş məktəblilərdən ibarət yürüş, fleşmob və konsert keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirin keçirilməsində əsas məqsəd IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliği, onların idmana və yaradıcılığa maraqlarının artırılması, eyni zamanda asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.

1500 nəfərə yaxın məktəblinin qoşulduğu yürüşün ardınca 350 nəfər məktəblinin iştirakı ilə rәqs-fleşmob tәqdim olunub. Eyni zamanda yürüş zamanı Oyunlarda iştirak edəcək dövlətlərin bayraqları nümayiş olunub.

Daha sonra tədbir Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinin bədii kollektivlərinin konsert proqramı ilə davam etdirilib.‎

Videonu izləmək üçün şəklə klikləyin:
IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş fleşmob keçirilib

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR