Niderland radiosunda Azərbaycan musiqiləri

Niderland radiosunda Azərbaycan musiqiləri
15:05 13 May 2017
Ölkə mətbuatı
A- A+

Niderlandda yaşayan soydaşımız, "Connect" təşkilatının sədri Vüqar Abbasov və təşkilatın katibi Vim van Embden bu günlərdə Niderlanddakı  Sxouven Deüveland (Schouwen Duiveland) radiosunun qonağı olublar.

Bu barədə Milli.Az-a soydaşımız Vüqar Abbasov məlumat verib.  Onun sözlərinə görə "Connect" in nümayəndələri  radioda Azərbaycan haqqında  danışıb, ölkəmizdə   niderlandlı iş adamları üçün  münbit şərait olduğuna diqqət çəkiblər.  

Təşkilatın katibi Vim ötən il ölkəmizə olan səfərindən danışıb və Bakının olduqca gözəl şəhər, insanlarının çox qonaqpərvər  olduğundan  söhbət açıb. Bütün dinlərin  bir arada olduqca mehriban şəraitdə yaşadığına diqqət çəkən Vim niderlandlıların bu ölkəyə çəkinmədən gedə biləcəyini deyib.

"Bakı  çox gözəl şəhərdir və inanıram ki, niderlandlı turistlər ora gedəcəyi halda Bakını sevəcəklər" - deyə Vim əlavə edib.  

Niderland  və Azərbaycan rəsmilərinin bir-birinin ölkələrinə qarşılıqlı səfərlərindən danışan təşkilatın sədri iki ölkə arasındakı əlaqələrin getdikcə inkişaf etdiyindən danışıb,  Azərbaycanda niderlandlı iş adamları üçün çox münbit şəraitin olduğunu deyib.

Təşkilatın əsas məqsədlərindən birinin məhz iki ölkənin iş adamları arasında əlaqələrin inkişaf etməsində qatqılarının olması olduğunu  bildirib. Bu işdə  Niderlanddakı  Sxouven Dəüveland bələdiyyəsinin başçısının da "Connect" təşkilatına hər zaman  dəstək  verdiyi bildirilib.  

Proqramın aparıcısı "Connect"in  ötən il Azərbaycanı tanıtım məqsədi ilə  Niderlandda keçirtdiyi tədbirdən danışaraq belə tədbirlərin vaxtaşırı keçirilməsinin vacibliyini deyib və radiolarında Azərbaycan musiqilərini də səsləndirməyin mümkünlüyünü bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/544432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR