Əlcəzairli gimnast: İslam oyunlarında Türkiyəni əsas rəqib hesab edirəm

Əlcəzairli gimnast: İslam oyunlarında Türkiyəni əsas rəqib hesab edirəm
15:08 13 May 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Yelena Kosolapova - Trend:

Türkiyə Bakıdakı IV İslam Həmrəyliyi Oyunlarına kişi idman gimnastikası üzrə çox güclü komanda gətirib.

Bunu Trend-ə əlcəzairli gimnast Əhməd Ənis Mauc deyib.

O qeyd edib ki, yarışlarda əsas rəqib Türkiyəni hesab edir.

Azərbaycanlı gimnastlar haqqında danışan Ə.Ə.Mauc bildirib ki, onları şəxsən tanımasa da, çıxışlarını televizorla izləyib. O qeyd edib ki, idmançıların səviyyəsi kifayət qədər yüksəkdir.

Gimnastın sözlərinə görə, o, İslam oyunlarında ilk dəfə çıxış edir və bu yarış onun üçün çox vacibdir.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2753548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR