Əlcəzairli gimnast: "İslam oyunlarında Türkiyəni əsas rəqib hesab edirəm"

Əlcəzairli gimnast: "İslam oyunlarında Türkiyəni əsas rəqib hesab edirəm"
15:12 13 May 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Bakıdakı IV İslam Həmrəyliyi Oyunlarına kişi idman gimnastikası üzrə çox güclü komanda gətirib.

Milli.Az bildirir ki, bunu Trend-ə əlcəzairli gimnast Əhməd Ənis Mauc deyib.

O qeyd edib ki, yarışlarda əsas rəqib Türkiyəni hesab edir.

Azərbaycanlı gimnastlar haqqında danışan Ə.Ə.Mauc bildirib ki, onları şəxsən tanımasa da, çıxışlarını televizorla izləyib. O qeyd edib ki, idmançıların səviyyəsi kifayət qədər yüksəkdir.

Gimnastın sözlərinə görə, o, İslam oyunlarında ilk dəfə çıxış edir və bu yarış onun üçün çox vacibdir.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR