"Qarabağ"da özüm qalmadım" - AÇIQLAMA

"Qarabağ"da özüm qalmadım"  - AÇIQLAMA
15:17 13 May 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

“Məni komandadan uzaqlaşdırmadılar. “Qarabağ”da oynamadığıma görə qalmadım” . Bu sözləri Fanat.Az-a açıqlamasında mövsümün sonunda Ağdam təmsilçisini tərk edən Vüqar Nadirov deyib.


Nadirov yeni iş yeriylə bağlı dəqiq qərar vermədiyini söyləyib: “Təkliflər olsa da, indidən dəqiq nəsə demək çətindi. Belə deyim, maraqlananlar var. “Qarabağ”dan xoş təəssüratla ayrıldım. Baş məşqçiylə əl sıxdıq, halallıqla ayrıldıq. Çempionlar Liqasında Ağdam təmsilçisinə uğurlar arzulayıram”.

 

Vüqarın xidmətində maraqlı olan klublardan birinin adı bəllidi. Premyer Liqanın debütantı “Səbail” onu heyətinə qatmaq istəyir.

 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotda-ozum-qalmadmquot-t58059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR