İranlı gimnast: "İslam Həmrəyliyi Oyunlarındakı çıxışımdan razıyam"

İranlı gimnast: "İslam Həmrəyliyi Oyunlarındakı çıxışımdan razıyam"
15:17 13 May 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

"Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarındakı çıxışımdan razıyam".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə iranlı gimnast Səidrza Keyha deyib.

O deyib: "Məndə sərbəst və halqalarla hərəkətlər yaxşı alındı, amma təəssüf ki, paralel qollarda hərəkətlərdə yıxıldım. Amma ümumilikdə, çıxışımdan razıyam".

Gimnast bildirib ki, sabahkı çıxışlar zamanı at üzərində hərəkətlərdə yeni element göstərməyi planlaşdırır.

Onun sözlərinə görə, o Bakıya üçüncü dəfə gəlir. Bundan əvvəl o, 2016 və 2017-ci illərdə Dünya Kuboklarında olub, 2016-cı ildə bürünc mükafatçı olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR