Türkiyəli məşqçi: Azərbaycan İslam Oyunlarını çox gözəl təşkil edib

Türkiyəli məşqçi: Azərbaycan İslam Oyunlarını çox gözəl təşkil edib
15:29 13 May 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını çox gözəl təşkil edib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Türkiyənin karate milli komandasının məşqçisi Murad Dəlihəsən deyib.

Onun sözlərinə görə, türkiyəli karateçilərin əsas rəqibi Azərbaycan və İran idmançılarıdır: “Bizim də güclü komandamız var. Bu gün biz finala çıxmışıq və hesab edirəm ki, finalda görüşmək istəmədiyimiz komanda yoxdur. Biz qalib gəlmək istəyiriki və bütün rəqiblərlə görüşməyə hazırıq”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2753602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR