Polislə jandarma bir-birini güllələdi

Polislə jandarma bir-birini güllələdi
15:39 13 May 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə PKK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı anlaşılmazlıq baş verib. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, Hatayın Hassa rayonunda yerləşən Çardak yaylağında terrorçulara qarşı aparılan əməliyyat zamanı polislə jandarma qüvvələri arasında anlaşmazlıq olub və onlar bir-birlərinə atəş açıb. Bu zaman jandarma əməkdaşı Niyazi Elçin şəhid olub. Bir polis isə xəsarət alıb.

 

 

Bildirilir ki, hadisə Amanos dağlarındakı Hassa yaylasında jandarmanın qurduğu pusquya polislər yaxınlaşarkən baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274500

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR