İngiltərədən Putinə sərt ittihamlar

İngiltərənin xarici işlər naziri Boris Conson gələn ay ölkəsində keçiriləcək prezident seçkilərinə Rusiya prezidenti Vladimir Putinin müdaxilə edə biləcəyini açıqlayıb.

Metbuat.az bildirir ki, nazir bu fikirləri səsləndirib: "Biz açıq şəkildə Putinin ABŞ-da keçirilən seçkilərə təsir etdiyini və Fransanın yeni prezidenti Emmanuel Makronun elektron məktublarının yayılmasında əlinin olduğunu düşünürük. Balkan ölkələrində də oxşar hallar müşahidə edildi. Putindən ehtiyatlı olmalıyıq.

Kökü Osmanlı türklərinə bağlı olan Boris Conson Putinin demokratiyaya böyük zərbə vurmaq istədiyini və onun bünövrəsini sarsıtmağa çalışdığını da əlavə edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR