Bakıda banklar gücləndirilmiş rejimdə işləyir

Bakıda banklar gücləndirilmiş rejimdə işləyir
15:52 13 May 2017
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə may ayının 12-dən etibarən 24 bankın 40-dan çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Milli.Az bildirir ki, palatadan Trend-ə verilən məlumata görə, yarışlar dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərir.

Yarışlarla əlaqədar olaraq həmçinin, MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir problemlə ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına müraciət edə bilərlər:

Koordinator: Elşən Səmədovdur - email: elshan.samadov@fmsa.az, tel: (+994) 51 444 25 32.

Yarışlar zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələri MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/544445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR