"Gərək bir az ciddi olasan" - Elçin - VİDEO - FOTO

"Gərək bir az ciddi olasan" - Elçin - VİDEO - FOTO
16:05 13 May 2017
135 Şou
Ölkə mətbuatı
A- A+

"ARB Ulduz"un "Şou məkan" verilişinin növbəti qonağı müğənni Elçin Hüseynov olub.

Milli.Az bildirir ki, müğənni ilk olaraq hələ indi-indi sənətdən ürəklə danışmağa haqqının olduğunu bildirib:

"Artıq 22 ildir ki, bu sənətdəyəm. Əvvəllər "bu sənətdəyəm" sözünü işlətməyə utanırdım. Efirlərdə sənətdən, sənətkarlardan sual verəndə danışmağa çəkinirdim. Deyirdilər, niyə danışmırsan, danışa bilmirsən? Deyirdim, danışa bilmirəm yox ey, danışmaq istəmirəm. Çünki mənim yaşım çatmır. 22-25 il bir igidin ömrüdür. Artıq danışmağa haqqım çatır. Məclislərdə belə bir sağlıq var: pislərin sağlığına içək ki, yaxşıların qədrini bilək. Pis olmasa, yaxşının qədrini bilmək olmaz. Heç kim anadan doğulanda peşəkar sənətkar olmur. Bizim sənətimiz Allah vergisidir. Nədənsə bu sənətə təsadüfən gələnlər çoxluq təşkil edir. Ancaq o da müvəqqəti olur. 1 il, 2 il".

Mənəm-mənəmliyin gələcəkdə zərərlərinin ortaya çıxacağını deyən müğənni bəzi gənc həmkarlarının elə ətrafındakıların onları kor qoyduğunu söyləyib:

"Mənəm-mənəmlik bəzi insanlara çox pis təsir edir. Gələcəkdə həmin mənəm-mənəmliyin pis tərəflərini görəcəklər. Əhatəsində olanlar deyirlər ki, səndən yoxdur. O da düşünür ki, həqiqətən, elə məndən yoxdur".

Musiqi sənətimizin necə deyərlər qaymaqlarından dərs alan Elçinin özü bəs gənc müğənni olarkən qaydaları kimdən öyrənib?

"Rəhmətlik Sabir Mirzəyevin sinfinə gedəndə və dərsdən sonra onların Filarmoniyanın yanında yığışdığı bir məkan var idi. Mən gedib Sabir müəllimgilin yanında otururdum. Onların danışıqlarına qulaq asırdım. Təkcə o deyil ki, sinifdə müğamdan dərs alasan. O insanlar başlarına gələnlərdən danışırdılar. Mən onların danışığından özüm üçün faydalı olanlarını öyüd-nəsihət kimi götürürdüm".

Elçinin şou əhlinin əksəriyyəti ilə mehriban olduğuna şübhəmiz yoxdur. Bəs, biznesmen Elçin necə bir insandır?

"Müğənni gülərüz olmalıdır. Sözsüz ki, restoran-şadlıq evi sistemində də belədir. Düzdür, mən burda toy danışmıram. Administrator danışır. İşçilərlə görüşürəm. Onlarla da ünsiyyətim yaxşıdır, gülərüzəm. Ancaq iş elədir ki, gərək bir az ciddi olasan".

Dostunu yaxın tutan, düşmənini dostundan da yaxın tutan Elçinin sözsüz ki, bildiyi bir məqam var ki, məsələyə elə bu cür yanaşır:

"Dostunu özünə yaxın tut, düşmənini ondan da yaxın tut. Mənim dostlarımdan biri dedi ki, bəs, filankəs belə danışır, elə danışır. Dedim dəymə o adama, qoy qalsın. Dedi, bəs filan şey danışır. Dedim dəymə, heç nə deməz. Yavaş-yavaş, axırda buna izah elədim ki, onu uzaqlaşdırsam, o gedib indi nə edibsə, bundan da artığını edəcək".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
"Həqiqətən, elə məndən yoxdur" - Elçin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/544442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR