London Putinin Britaniya planını açıqladı

London Putinin Britaniya planını açıqladı
16:13 13 May 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya hakimiyyəti Böyük Britaniyada iyun ayına planlaşdırılmış parlament seçkilərinin nəticəsinə təsiri göstərməyə çalışa bilər.

Publika.az xəbər verir ki, bu haqda Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson “The Daily Telegraph” qəzetinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, hadisələrin inkişafı üçün belə bir imkan mövcuddur. Boris Conson qeyd edib ki, Moskva parlament seçkilərində Jeremi Korbinin başçılıq etdiyi Leyboristlər Partiyasının qələbə qazanmasına çalışacaq.

Conson bildirib ki, Moskva bütovlükdə demokratiyaya inamı partlatmaq və demokratik prosesi etibardan salmaq istəyərdi.

Qeyd edək ki, Böyük Britaniya növbədənkənar parlament seçkiləri 2017-ci il iyunun 8-də keçiriləcək.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR