“Robert Prosineçki 1,1 milyon avro alacaq” - İDDİA

“Robert Prosineçki 1,1 milyon avro alacaq” - İDDİA
16:27 13 May 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə mətbuatı Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkini "Bursaspor"un "sükanı arxası"nda görməkdə maraqlıdır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, həmkarlarımız xorvatiyalı mütəxəssisi yenidən Bursa klubuna "aparır".

Bu dəfə "NTV Spor" telekanalında yayımlanan "Kırmızı Çizgi" verilişinin şərhçisi Mehmet Ayan bir az da irəli gedərək, Prosineçkinin "Bursaspor"la anlaşdığını iddia edib. O, hətta 48 yaşlı çalışdırıcının Superliqa təmsilçisi ilə müqaviləsinin detallarını da açıqlayıb: "Bursaspor"u gələn mövsümdən Robert Prosineçki çalışdıracaq. Razılığa görə, onun burda illik məvacibi 1,1 milyon avro olacaq".
 
Lakin xorvatiyalının meneceri Yaşar Çalışır bu xəbəri təkzib edib. Prosineçkinin AFFA ilə dekabrın 4-dək müqaviləsinin qüvvədə olduğunu xatırladan Çalışır onun hansısa klubla anlaşmadığını söyləyib: "Hələ ki, klubla məşqçi arasında heç bir razılıq yoxdu. Prosineçki Azərbaycan yığmasında işini davam etdirir".
 
Qeyd edək ki, "Bursaspor" bu ilin yanvarında Prosineçki ilə danışıq aparmaq üçün Bakıya nümayəndə göndərmişdi. Lakin müqavilədə yer alan 2 milyon avroluq təzminat bəndi üzündən Türkiyə klubu son anda keçiddən imtina etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR