Məşhur boksçu anasının yanına qayıtdı - FOTO

Məşhur boksçu anasının yanına qayıtdı - FOTO
16:37 13 May 2017
Ölkə mətbuatı
A- A+

Ötən həftənin şənbə günü Londondakı Uembli arenasında keçirilmiş döyüşdə 27 yaşlı britaniyalı boksçu Entoni Coşua ukraynalı rəqibi Vloadimir Kliçkonu məğlub etmişdi. Bu qələbəyə görə o, 15 milyon funt-sterlinq alıb.

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, E.Coşua milyarder və dünyanın ən yaxşı boksçusu olacağına and içsə də, yenidən anası Yeta ilə birlikdə yaşadığı adi, sadə evə qayıdıb.

Bu evi Entoni 2013-cü ildə, peşəkar boksçu karyerasına başladığı zaman 174 min funt-sterlinqə satın almışdı.

Sonradan Coşua Londonun elitar səmtlərindən sayılan Sent-Cons Vudda lüks malikanədə yaşamağa başlamışdı.

Entoninin anası, 51 yaşlı Yeta Odusanye və boksçunun kiçik oğlu indi Şimali Londondakı adi evlərdən birində, birlikdə yaşayırlar.

Superağır çəkidə WBA, IBF və IBO versiyaları üzrə dünya çempionu Coşunanın dediyinə görə, onun boksda qazandığı uğurlar anasının dəstəyi, yardımı və sevgisi olmadan mümkün deyildi.

"Peşəkar boksçunun həyatı ağırdır. Günlərimiz ağır, üzücü məşqlərdən və pəhrizdən, sonra da döyüşlərdən ibarətdir. Mən bu həyatı yaşayıb ailəmi, anamı və oğlumu unutmaq istəmirəm. Yenidən normal həyata qayıdıram", - Entoni Coşua deyib.

Ailədəki 4 övladdan biri olan Entoni Coşua İngiltərənin Uotford şəhərinin Merideyn səmtində doğulub və böyüyüb. 16 yaşında məktəbdən qovulanda o, fəhlə işləməyə başlayıb.

18 yaşında isə Entoni Coşua "Finchley Boxing" klubunda boksla məşğul olmağa başlayıb.

2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında isə E.Coşua qızıl medal qazanmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/544311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR