AZAL I divizionda yeni adla mübarizə aparacaq

AZAL I divizionda yeni adla mübarizə aparacaq
16:43 13 May 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

AZAL peşəkar futbol klubunun ləğv edilməsi ilə bağlı bəyanat azarkeşlərin, fan klub üzvlərinin, xüsusilə, Şüvəlan və Binə qəsəbələrində yaşayan azarkeşlərin narahatçılığına səbəb olub və bununla bağlı çoxsaylı müraciətlər edilib.

Trend klubun saytına istinadən məlumat verir ki, bu müraciətlərə baxıldıqdan sonra sponsor və tərəfdaşlarla təkrar məsləhətləşmələr aparılıb. Klubun daha çox Şüvəlan qəsəbəsində azarkeş kütləsinə malik olması və həmin qəsəbədə müasir təlim-məşq bazası və stadionun mövcudluğu nəzərə alınaraq yeni mövsümdən AZAL-ın məhz qəsəbənin adını daşıyan “Şüvəlan” klubu adı ilə fəaliyyətini davam etdirməsi qərara alınıb.

“Şüvəlan” yeni mövsümdə I divizionda təmsil olunacaq.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2753652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR