Zaqatalada 6 otaqlı evdə yanğın

Zaqatalada yanğın hadisəsi baş verib.

Metbuat.az FHN-nin saytına istinadən bildirir ki, Zaqatala rayonu, Car kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kvadrat metr olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsiində bir otağın yanar konstruksiyaları və əşyaları 26 kvadrat metr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR