Emin Sabitoğlunun mahnılarından ibarət konsert

Emin Sabitoğlunun mahnılarından ibarət konsert
17:27 13 May 2017
Ölkə mətbuatı
A- A+

İyunun 3-də Heydər Əliyev Sarayında yüzlərlə unudulmaz və sevilən mahnıların müəllifi, onlarla filmə öz musiqisi ilə ruh verən, bir çox televiziya və teatr tamaşalarını öz musiqiləri ilə insanlara daha da sevdirən görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı keçiriləcək.

Milli.Az xəbər verir ki, konsertdə Respublikanın Xalq artistləri Yalçın Rzazadə, Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, Ənvər Sadıqov, İlham Namiq Kamal, Əməkdar artistlər Anar Şuşalı, Zakir Əliyev, Teymur Əmrah, Lalə Məmmədova, Almaz Ələsgərova, İnarə Babayeva, müğənnilər Nadir Qafarzadə, Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Rəşad İlyasov, Səbinə Ərəbli, Taleh Yəhyayev, Emiliya Yaqubova, Zabitə Alıyeva, Nigar Şabanova, Nurlan Əzizbəyli, Ayşən Mehdiyeva, "Sevil" qrupu və başqaları iştirak edəcəklər. 

Gecədə bəstəkarın "Bakı sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Bu gecə", "Şükriyyə", "Alagözlüm", "Çiçək yağışı", "Ayrılma məndən", "Qəlbimdə qaldın", "Əlvida", "Dərələr" və s. sevilən mahnıları səsləndiriləcək.

Saat 19:00 -da baş tutacaq konsertin biletlərinin qiyməti 20-60 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Konsertin informasiya dəstəyi Trend.az, Day.az, Milli.az-a məxsusdur.

Videonu izləmək üçün şəklə klikləyin:

Emin Sabitoğlunun mahnılarından ibarət konsert


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/544421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR