“Azərsu” cihazlar və nəqliyyat vasitələri üçün ehtiyat hissələri axtarır

“Azərsu” cihazlar və nəqliyyat vasitələri üçün ehtiyat hissələri axtarır
17:32 13 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ “Azərsu” ASC cihazlar və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınması məqsədilə kortirovka və təkliflər sorğusu elan edib. "Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin Satınalmaların təşkili və idarə olunması Departamentinin tenderlərin təşkili şöbəsinə (əlaqələndirici şəxs: şöbə rəisi Murad Abışev - murad.abishev@azersu.az; (+994 12) 431 47 67 (1087) ) müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 17 may saat 15:00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər.
Kotirovka təklifləri 18 may saat 15:00-da “Azərsu” ASC-nin baş ofisində açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azersu-cihazlar-ve-neqliyyat-vasiteleri-ucun-ehtiyat-hisseleri-axtarir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR